aktyor ampluası

* line of business актёрское амплуа
aktual olmaq
Aqibətiniz xeyir olsun!
OBASTAN VİKİ
Aktyor
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Aktyor (dəqiqləşdirmə)
Aktyor
Aktyor binası
Aktyor binası — Rostov-na-Donu şəhərinin ərazisində yerləşən bina. "Aktyor binası" 1935–1938-ci illədə inşa edilmişdir. Binanın layihəsi arxitektor Leonid Fedoroviç Eberqə məxsusdur. Bina Qorski küçəsinin sonucunda, Kayani küçədinin əvvəllərinfə yerləşir. Binanın bu cür adlanmasının səbəbi vaxtı ilə burada Rostov teatr cəmiyyətinin üzvlərinin qalması ilə əlaqədardır. Bina quruluş baxımından "З" hərfinə bənzər formada inşa edilmişdir. Belə bir fərziyə vardır ki, arxitektor Eberq rostovlu aktrisa Zinaida Nikolayevka Zoriçə vurulmuşdur. Bu layihəni işləyərkən sevdiyi qadının ad və soyadının ilk hərfini əsas götürərək binanı layihələndirmişdir. Bu binada teatr və kinonun gələcək ulduzu Vera Petrovna Mareskaya və Rostislav Yanoviç Plyatt yaşamışdır. Binanın birinci mərtəbəsində isə trayr rejisoru Yuri Aleksandroviç Zavadski yaşayırdı.
Aktyor sənəti
Aktyor sənəti və ya aktyorluq — aktyor və ya aktrisanın teatrda, televiziyada, kinoda, radioda və ya hər hansı digər mimetik vasitədə qabaqcadan tapşırılmış rolu canlandırması ilə səhnə surətinin yaradılması. Aktyor sənətinin icrasında aktyora bədən quruluşu, danışıq tərzi, mimika, emosionallıq, müşahidə, habelə təxəyyül və yaddaş kimi məziyyətlər kömək edir. Aktyor tamaşada tərəfi-müqabilləri ilə sıx bağlıdır. Onun yaratdığı obraz əsərin ümumi məzmununun və ideya istiqamətinin tamaşaçıya çatdırılmasına görə qiymətləndirilir. Aktyor yaradıcılığının əsası təcəssümetdirmə prinsipidir. Daxili və xarici təcəssümetdirmə anlayışları mövcuddur. Mürəkkəb yaradıcılıq prosesinin bu iki tərəfi mahiyyətcə bir-biri ilə sıx bağlıdır. Təcəssümetdirmə prosesində hərəkət, hiss və fikir vəhdətdədir. Xarici təcəssümetdirmə üçün aktyor qrim və paltardan, bəzən isə maskadan istifadə edir, tələffüz, davranış, mimika və surətə zahiri əlamətlər verən bu cür başqa ünsürlər axtarıb tapır. Buna baxmayaraq, həqiqi təcəssümetdirmə üçün aktyor personajın daxili aləmini açmalı, düşüncə və həyəcanları ilə yaşamalıdır.
Köməkçi aktyor
Köməkçi aktyor filmlərdə, seriallarda, televiziya şoularında, teatr tamaşalarında, musiqilərdə, opera və ya balet tamaşalarında görünür; heç vaxt danışmayan və az danışan bir insandır (ifa sənətində rəqs etmir və ya mahnı oxumur). Televiziya proqramlarında tamaşaçılar; Seriallarda və ya filmlərdə küçədə və ya hadisə yerində olan adi insanların rolunda olanlar məhz onlardır , yəni həvəskar aktyorlar. Müharibə filmlərində və ya oxşar qəhrəmanlıq filmlərində film heyəti çox sayda köməkçi aktyordan istifadə edir. Xüsusilə yüksək büdcə ilə istehsal edilmiş filmlərdə minlərlə köməkçi aktyor ola bilər. Əlavələrin gördüyü işlər “fiquranlıq” adlanır. Köməkçi aktyor oynadığı rola və filmin çəkiliş heyətinə görə bəzi meyarları tələb edir. Köməkçi aktyor ola bilmək üçün bəzən aktyorluq təcrübəsi tələb oluna bilər, təcrübəsiz insanlar da bəzən arxa plan aktyorları kimi çıxış edə bilərlər. Dəqiqlik, etibarlılıq, çevik iş saatları üçün uyğunluq və deyilənləri tez başa düşmək bacarığı köməkçi aktyor sənətində vacibdir. Dünyada yalnız köməkçi aktyor sahəsində xidmət göstərən təşkilatlar vardır. Televiziya serialları, film və ya proqram istehsalçıları tələb olunan səhnənin kontekstindən asılı olaraq uyğun bir görünüşlü aktyorlar tələb edirlər.
Mehmud (aktyor)
Mehmud Ali Xan (29 sentyabr 1932, Bombey, Britaniya Hindistanı – 23 iyul 2004, Pensilvaniya) – Mehmud kimi tanınan hindistanlı aktyor, rejissor, prodüserdir. O, qırx illik kinokaryerası ərzində 300-dən artıq filmdə çəkilib. O aktrisa və rəqqasə Mumtaz Alinin səkkiz uşaqdan ikincisi idi. Onun bacılarından biri Minu Mumtaz həmçinin Bollivudda tanınan rəqqasə və aktrisadır. Mehmut kinoda uşaq yaşlarından çəkilməyə başlayır. Onun ilk filmi 1943-cü ildə "Qismət" filmi olur. O aktyorluq karyerasına 10 yaşında Bimal Royanın "Do Bigha Zamin" filmindən başlayır. Mehmud dəfələrlə Filmfare mükafatına namizəd olsa da, "Dil Tera Diwana" filminə görə ən yaxşı ikinci dərəcəli aktyor, "Pyar Kiye Jaa" (1967), "Vardaan" (1975) filmlərində üç dəfə ən yaxşı komik aktyor mükafatına sahib olur. Onun çəkildiyi ən məşhur filmlər arasında: "Zindagi" (1964), "Gumnaam" (1965), "Pyar Kiye Ja" (1966), "Love in Tokyo" (1966), "Patthar Ke Sanam (1967), "Padosan" (1968), Aankhen (1968), "Naya Zamana" (1971) və sair filmər var. Mehmud özünü nəinki aktyor, həmçinin rejissor kimi sınayıb.
Üçüncü aktyor
Tritaqonist və ya üçüncü baş qəhrəman (q.yun. τριταγωνιστής – üçüncü aktyor; τριτος — «üçüncü» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən və deyteraqonistdən sonra ən mühüm üçüncü personaj. Qədim Yunanıstan dramında, tritaqonist fəal truppanın üçüncü üzvü olurdu. Personaj olaraq, tritaqonist təhrikçi və ya protaqonistin iztirablarının səbəbkarı ola bilər.:451 Tritaqonist konsepsiyası erkən ikiaktyorlu dramdan yaranmışdır. Bundan sonra, prinsipial personajın və onun əleyhdarını təsirini iki aktyor artırırdı. Burada, əleyhdarı hissəsi üçüncü aktyora (tritaqonist), ikinci aktyorsa (deyteraqonist) prinsipial personajın sirdaşı və ya bəradəri rolunu oynayır. Beləliklə, prinsipial personaja daha böyük bir şəxsiyyət dərinliyi verilir.:451 Qədim Yunanıstan teatrının bədii qiraətləri qismən melodik olduğundan, tritaqonistin rolu adəti üzrə ifaçıya verilirdi.:172 Mark Tulli Siseron "Divinatio in Caecilium" adlı əsərində tritaqonist protaqonistindən təbii olaraq daha güclü olanda onun öz səsini tez-tez "fəth etməli" olduğunu yazır.
İkinci aktyor
Deyteraqonist və ya devteraqonist (q.yun. δευτεραγωνιστής – ikinci aktyor; δευτερος – «ikinci» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən əvvəl və tritaqonistdən sonra ən mühüm personaj. Süjetdən aslı olaraq, deyteraqonist protaqonistin lehinə və ya əleyhinə fəaliyyət göstərə bilər. Qədim Yunanıstan dramı sadəcə bir personajdan protaqonistdən və rəqqasələrdən ibarət bir xordan təşkil edilmişdi. Deyteraqonist rolunu ilk dəfə Qədim Yunanıstan dramaturqu Esxil təqdim etmişdir. Aristotel Poetika əsərində yazır: Esxilin səyləri personajlar arasındakı dialoqu və qarşılıqlı əlaqəni ön plana çıxarmışdır. Sofolk buna əlavə olaraq, Sofokl və Evripid kimi dövrün digər dramaturqlarına məşhur personajlar yaratmağa imkan vermişdir. Qədim Yunanıstan dramı üç personajdan (protaqonist, deyteraqonist və tritaqonist) və bir xordan ibarət olduğundan, hər aktyor bir neçə hissədə rol oynayırdı. Məsələn, Sofoklun Şah Edip dramında protaqonist Edip, deyteraqonist isə İokasta (Edipin həm anası, həm də arvadı), eləcə də çoban və xəbərçi idi. Ədəbiyyatda, deyteraqonist adətən protaqonistin "köməkçi"i rolunu daşıyır.
Aktyor evi
Aktyor binası — Rostov-na-Donu şəhərinin ərazisində yerləşən bina. "Aktyor binası" 1935–1938-ci illədə inşa edilmişdir. Binanın layihəsi arxitektor Leonid Fedoroviç Eberqə məxsusdur. Bina Qorski küçəsinin sonucunda, Kayani küçədinin əvvəllərinfə yerləşir. Binanın bu cür adlanmasının səbəbi vaxtı ilə burada Rostov teatr cəmiyyətinin üzvlərinin qalması ilə əlaqədardır. Bina quruluş baxımından "З" hərfinə bənzər formada inşa edilmişdir. Belə bir fərziyə vardır ki, arxitektor Eberq rostovlu aktrisa Zinaida Nikolayevka Zoriçə vurulmuşdur. Bu layihəni işləyərkən sevdiyi qadının ad və soyadının ilk hərfini əsas götürərək binanı layihələndirmişdir. Bu binada teatr və kinonun gələcək ulduzu Vera Petrovna Mareskaya və Rostislav Yanoviç Plyatt yaşamışdır. Binanın birinci mərtəbəsində isə trayr rejisoru Yuri Aleksandroviç Zavadski yaşayırdı.
Cəlal Məmmədov (aktyor)
Cəlal Məmmədov (azərb. Məmmədov Cəlal Qurban oğlu;‎) — Azərbaycan Respublikasının əməkdar artisti 2 sentyabr 1979-cu il tarixində anadan olmuşdur. 1999-cu ildən Sumqayıt Dövlət Dram teatrında çalışır. M. F. Axundzadə "Hacı Qara" – Heydər bəy N. Qoqol "Çiçikovun sərgüzəştləri"- Çiçikov A. Şaiq " Qaraca qız"- Qaraçı rəqqas K. Nəzirli "Narkoman" — Ramin H. Orucov "Burdan min atlı keçdi"- Ədib Elçin " Qatil"- Oğlan C. Məmmədquluzadə "Danabaş kəndinin əhvalatı"- Vəliqulu "Dədə Qorqud" –Uruz, P. Pançov "Əkizlər"- Əkizlər A. Babayev "Xilaskar" – Gənc oğlan, Şair Ə. M. Lələdağ "Dağlarda tufan"- Əkbər bəy N. Hikmət "Bayramın birinci günü"- Fiyruz bəy Y. Onil "Qarağaclar altında məhəbbət"- Fermer Ə. Əmirli "Varlı qadın"- Qara N. Dumbadze "Ağ bayraqlar"- Zaza R. Tohidoğlu "Nakam arzular"- Adil Y. Əzimzadə "Nəsrəddin"- Nəsrəddin C. Məmmədquluzdə "Anamın kitabı"- Səməd Vahid T. əl-Həkim "Karıxmiş Sultan"- Sultan M. Atəş "Şərəfin sandığı"-Akif Ə. M. Lələdağ "Gecikmiş etiraf"- M. Müşfiq Ə. Əmirli "20 ildən sonra"- Kloun "Ələddinin sehrli çırağı"- Ələddin Ə. Səmədli "Ölüm hökmü"- Kiçik oğul V. Hauf "Balacaboy yekəburun"- Yakob C. Patrik "Qocanı öldürməliyik"- Bred Vinner Azərbaycan Xalq nağılı "Üş qardaş"- İlhan M. Selimoviç "Dərviş və ölüm"- Şeyx Əhməd M. Haqverdiyev "Ağ ölüm" –Ucal M. Haqverdiyev "Fədakarlıq" – Elmar B. Mirzəzadə "Qudalar" –Bəşir C. Qolsuorsi "Birincilər, sonuncular" –Larri M. Tven "Şahzadə və dilənçi"- Qvaroliyaçı, Zirək M. F. Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli Şah"- Şahbaz bəy Zahid Xəlilin "Qəlbinurun başına gələnlər" povestinin motivləri əsasında S. Nuriyeva "Balqabaq padşahın nağılı"- Çarçı S. Ələsgərov, İ. Məlikzadə "Toy Olsun"- Fəqan 5 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti adını layiq görülmüşdür.
Eldar Əliyev (aktyor)
Eldar Həsən oğlu Əliyev— Azərbaycan teatr və kino aktyoru, Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru. Eldar Həsən oğlu Əliyev 1936-cı ildə anadan olub. Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu və İncəsənət İnstitutunu bitirib. İlk vaxtlar Səməd Vurğun adına Rus Dram Teatrında rejissor işləyib, sonralar Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və Rusiyada istehsalı olan “Azadlıq şirin sözdür” filmində rəngarəng obrazlar yaradıb. Eldar Əliyev 1984-cü il fevralın 27-də dünyasını dəyişib. Eldar Əliyev haqqında "Xoşbəxtliyim" sənədli filmi çəkilmişdir. 1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film) Dəli Kür (film, 1969) Gümüşü furqon (film, 1982) Qız qalası əfsanəsi (film, 1978) Mən ki gözəl deyildim (film, 1968) Papaq (film, 2007) Sən niyə susursan?
Elməddin Cəfərov (aktyor)
Elməddin Misir oğlu Cəfərov (1 yanvar 1981, Zod, Vardenis rayonu) — azərbaycanlı aktyor. Elməddin Cəfərov 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Tək səbir (veriliş, 2004) Toy (film, 2005) — Taleh Ailəm (film, 2006) — Fərasət Qonşular (film, 2006) — Münasibət Milçək (film, 2006) — Kərim Kəndim+nizə qayıdın!?
Elnur Hüseynov (aktyor)
Elnur Hüseynov — azərbaycanlı müğənni
Elnur Məmmədov (aktyor)
Elnur Məmmədov (23 aprel 1976, İrəvan) — Aktyor, Truppa müdiri. Elnur Məmmədov 1976 - cı ildə Ermənistan (Qərbi Azərbaycan, İrəvan) SSRİ-də anadan olub. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsində təhsil almışdır. 1996-1998-ci illərdə o, İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Burada o, Ş.Başbəyovun "Dəmir qadın" əsərində Alimcan, İ.Vəliyevin "Abasqulu Şadlinski"sində Komsomol, V.Əliyevin "Madam Badam"ında Dursunəli, Ağacəfər ağa, Ş.Cəbrayılovun "Sehrli alma"sında Ağanəzər kimi obrazlar yaratmışdır. Mədəniyyət və İncəsənət İnstitutunda təhsil aldığı illər ərzində E.Məmmədov teatrın repertuarında olan bir neçə tamaşalarda kütləvi səhnələrdə çıxış etmiş, bir çox tamaşalarda müxtəlif rollarda oynamışdır. V.Rozovun "Şadlıq sorağında" əsərində Nikolay, N.Hikmətin "Kəllə" dramında Hoqqabaz, polis, B.Vahabzadənin "Dar ağacı"nda Ərəb zabiti, V.Şekspirin "Hamlet" faciəsində Marsel, C.Cabbarlının "Ulduz yaxud Ədirnə Fəthi" adlı tarixi dramında Ərəb, Elçinin "Poçt şöbəsində xəyal"ında Poçt işçisi kimi irili-xırdalı maraqlı obrazlar yaratmışdır. 2005-ci il fevral ayından Akademik Milli Dram Teatrında truppa müdiri vəzifəsində işləyir. Göstərdiyi xidmətlərə görə 2015 –ci ildə Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2020 ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi medalı ilə təltif olunub.
Elxan Rzayev (aktyor)
Elxan Rza (29 iyun 1979, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar Artisti (2018). Elxan Rzayev 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər 23 nömrəli orta məktəbi bitirmişdir. Həvəskar aktyor kimi ilk dəfə Sumqayıtda fəaliyyət göstərən "Cavid" teatrında səhnəyə çıxmışdır. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Tələbəlik illərində Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", Cəfər Cabbarlının "Solğun çiçəklər", Anton Çexovun "Təklif" əsərlərində Ələsgər, Əşrəf bəy, Rəhman və Stepan Stepanoviç rollarını ifa etmişdir. Cəfər Cabbarlının "Solmaz yarpaq" ədəbi–musiqili kompozisiyasında Cəfər Cabbarlı obrazını məharətlə yaratmışdır. Tələbə ikən Azərbaycan Milli Dram Teatrında çalışmış, kütləvi səhnələrdə aktyor kimi çıxış etmişdir. Bu illər ərzində teatrın aparıcı artisti, baş rolların mahir ifaçısı kimi teatr ictimaiyyətinin diqqətini özünə çəkmişdir. 2000-ci ildən Bakı Bələdiyyə Teatrının aktyorudur.
Elçin İmanov (aktyor)
Elçin Əfəndi (aktyor)
Elçin Fərahim oğlu Əfəndi (d. 1985) — Aktyor. Elçin Əfəndi 16 iyun 1985-ci ildə dünyaya gəlib. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Musiqili Teatr aktyorluq fakültəsini bitirmişdir. 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Elşən Orucov (aktyor)
Ernst Buş (aktyor)
Ernst Buş (22.1.1900, Kil –8.6.1980, Berlin) — alman estrada müğənnisi, dram aktyoru. Almaniya Demokratik Respublikası Milli mükafatı (1949, 1956, 1966); Beynəlxalq Lenin mükafatı laureatı (1972). 1917-ci ildən solçu gənclər hərəkatının fəal üzvü olmuşdur. İlk dəfə 1920-ci ildə Kil şəhər teatrı səhnəsində Lizandr rolunda (U. Şekspir, "Yay gecəsində yuxu") çıxış etmişdir. 1925-ci ildə Berlinə gəlmiş və "Alman teatrı"nda çalışmışdır. 1927-ci ildən E. Piskatorun "Siyasi teatr"ında işləmiş, 1928-ci ildə "Teater am Şiffbauerdamm"da ilk dəfə B. Brext və K. Vaylın "Üçqəpiklik opera" tamaşasında (serjant Smit rolunda) çıxış etmişdir. 1920-ci illərin sonlarından siyasi antifaşist mahnıların ifaçısı kimi geniş şöhrət qazanmışdır. 1933-cü ildə Almaniyada nasist diktaturası qurulduqdan sonra Niderland, Belçika, Fransa, İsveçrə və Avstriyada, 1935–37-ci illərdə SSRİ-də mühacirətdə olmuş dur. 1937–39-cu il lər də İspaniyada olmuş, beynəlxalq briqadaların döyüşçüləri qarşısında çıxış etmişdir. 1939-cu ildən Belçikada yaşamış, alman ordusu ölkəni işğal etdikdən sonra nəzarət altında saxlanılmış, qaçmış, 1943-cü ildə zəbt olunmuş Fransa ərazisində həbs edilərək 1945-ci ilə qədər Moabit, Brandenburq zindanlarında saxlanılmışdır.
Faiq Qasımov (aktyor)
Faiq Qasımov (tam adı: Faiq Məsim oğlu Qasımov; 25 avqust 1948 – 23 yanvar 2017, Gəncə) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti. Əməkdar artist 1965-2017-ci illərdə Gəncə teatrında çalışmışdır. Realist aktyor məktəbinin istedadlı nümayəndəsidir, yumorunun təbiiliyi, ifadə vasitələrinin əlvanlığı ilə seçilirdi. Son illər rejissorluq da edirdi. Əsas rolları: Şərif, Pirqulu ("Almaz" və "Aydın", Cəfər Cabbarlı), Göyüş, Xəfiyyəbaşı ("Kişilər" və "Ulduzlar görüşəndə", Altay Məmmədov), Aslan, Mirzə Qərənfil, Casus ("Nişanlı qız", "Xoşbəxtlər" və "Küləklər", Sabit Rəhman), Fmdıqburun ("Diribaş adamlar", Vasili Şukşin), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Heydər ("Qız atası", Əfqan Əsgərov), Çingiz ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Rodriqo və kassio, Cani ("Otello" və "111 Riçard", Vilyam Şekspir), Qara kişi ("Gəl qohum olaq", İsi Məlikzadə), Təlxək ("Tariyel", Məmmədəli Nəsirov), Volter ("Üç qəpiklik opera", Bertolt Brext), ikinci sərxoş ("Mənim günahım", İlyas Əfəndiyev), Polad ("Qoruqlar", Əliağa Kürçaylı), Rauf ("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Paollo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Dito ("Araba hələ aşmayıb", Otiya İoseliani), Şəkəralı ("Günəşlə oyananlar", Qeybulla Rəsulov), Tolya Jarikov ("Mükafat", Aleksandr Gelman), Şərif ("Almaz", Cəfər Cabbarlı), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Seyran ("Səadət sorağında", Teymur Məmmədov), Lətif ("Yaxın adam", İsi Məlikzadə), Xəlil ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Əli Məmməd Dilbəri ("Əli Məmməd Dilbəri", Səttar Zərdablı), İvan İvanoviç ("İvan İvanoviç var idimi?", Nazim Hikmət), Vartan ("Üçatılan", İlyas Əfəndiyev), Toyuq oğrusu ("72-ci palata", Orxan Kamal), İonitse ("İctimai rəy", Aurel Baranqa), Eldar ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Əzrayıl ("Dəli Domrul", Altay Məmmədov), Germes ("Odu atma, Prometey!", Mustay Kərim), Kürd Musa ("Vaqif", Səməd Vurğun), Heydərqulu ("Həyat", Mirzə İbrahimov), Pavel Yesenski ("Zəngli saat", Osvald Zaqradnik). Teatr xadimlər ittifaqının üzvü, "Qızıl Dərviş" mükafat laureatı və Prezident mükafatçısı idi. Faiq Qasımov 23 yanvar 2017-ci ildə vəfat edib. Adam ol! (film, 2005) (tammetrajlı bədii film) — rol: Faiq Adam ol!
Fuad Şabanov (aktyor)
Şabanov Fuad Rüfət oğlu (20 sentyabr 1965, Bakı) — azərbaycanlı rejissor, aktyor. Fuad Şabanov 1965-ci il sentyabr ayının 20-də Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. Bir sıra teleşirkətlərdə rejissor işləyib. Bir neçə filmin quruluşçu rejissorudur. Atası Rüfət Şabanov, anası isə Elmira Şabanovadır. Ötən ilin son gecəsi (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Dağıdılmış körpülər (film, 1996) Axırıncı reys (film, 1989) Əmin-amanlıq dövrünün dələduzları - sənədli Müharibə oyunu - bədii Canlı tarix.
Füzuli Məmmədov (aktyor)
Füzuli Məmmədov (tam adı: Füzuli Şahbala oğlu Məmmədov; 25 avqust 1952 – 18 mart 2009) — aktyor, teatr direktoru. Füzuli Məmmədov 1968-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1973-cü ildə universiteti bitirmişdir. 1984-cü ildə Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun "Teatr iqtisadiyyatı və işinin təşkili" fakültəsinə daxil olmuş və 1986-cı ildə oranı bitirmişdir. 1973-1982-ci illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında aktyor işləmişdir. 1982-1984-cü illərdə N.b.Nəzirov adına Lənkəran Dövlət Dram teatrında direktor müavini, direktor vəzifələrində, 1986-1988-ci illərdə "Qaya" ansamblında icraçı direktor və 1988-2006-cı illərdə Dövlət Gənc Tamaşaçılar teatrında direktor müavini vəzifələrində işləmişdir, 1999-cu ildən Bakı Oksford məktəbində pedaqoq, 2006-cı ildən Dövlət Pantomima Teatrında direktor işləyir. F.Məmmədov Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivali) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.
Fərhad Yusifov (aktyor)
Fərhad Fəttah oğlu Yusifov və ya Mark Jozef (ing. Mark Joseph) — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri. Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb. Onun xüsusilə “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib. Kanadada tammetrajlı “Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb. Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb.
Fərəc Fərəcov (aktyor)
Fərəc Əjdər oğlu Fərəcov (d. 21 fevral 1950, Xırdalan) — Azərbaycan aktyoru və rejissoru. Fərəcov Fərəc Əjdər oğlu (Fərəculla Fərəcullayev) 1950-ci ilin fevral ayının 21-də Abşeron rayonun Xırdalan şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş, 1975-ci ildə Az.Dövlət İncəsən İnstitunun dram-kino aktyoru fakultəsini başa vuraraq 1982-ci ilədək institutun foto-kino laboratoriyasının müdiri işləmişdir. Elə o zamanlar kino həvəskarları klubunda da fəaliyyət göstərmiş və "İmperiya dəftərxanasının komendantı", "İnama etibarlı ol", "Adi əhvalat", Ə.Nesinin hekayəsi əsasında "Kiminə hay-hay, kiminə vay-vay" və s. filmlərini çəkmişdir. "İmperiya dəftərxanasının komendantı" Respublika festivalında 2-ci yerə, "İnama etibarlı ol" filmi isə 3-cü yerə layiq görülmüşdür. "Adi əhvalat" filmi isə 1978-ci ildə "Leninqrad və Baltikyanı respublikaların kiçik kino festivalı"nda iştirak etmişdir.Fərəc Fərəcov "Dağlar oğlu" tamaşasında Əliş roluna görə (rejissor Q.Mürsəlov) 1976-79-cu illərdə keçirilən "Ümumittifaq bədii özfəaliyyət festivalları"nın laureatı olmuşdur. Həmin dövrlərdə görkəmli rejissor, SSRİ xalq artisti Adil İsgəndərovun quruluş verdiyi S.Vurğunun "Xanlar" pyesində-Qalabəyi, daha sonra "Dağılan tifaq"da-Mirzə Bayram rolunu oynamışdır. Nəsir Sadıqzadənin quruluşunda S.Sveyqin "Sahildə bir ev" əsərində Rekurd obrazını yaratmışdır.
Həsən Məmmədov (aktyor)
Əbdülhəsən Ağaməmməd oğlu Məmmədov (22 noyabr 1938, Salyan, Salyan rayonu – 26 avqust 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan (1986) Dövlət mükafatları laueratı. Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir. 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960–1961) işləmişdir. H. Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-ci ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir. H. Məmmədov 50-dən çox filmdə çəkilmişdi. 1962-ci ilin 10 sentyabrında bu qədim sənət ocağının aktyor truppasına üzv olmuşdur.